Hara gedir sabahımız - Bəxtiyar Vahabzadə - Video

16 Avqust 2012 08:56 (UTC+04:00)


Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə anadan olub. 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Universitetin nəzdində aspiranturaya qəbul olub. B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir.


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.


O, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000) adlarına layiq görülüb.


Xalq şairi 2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.




AzNews.az