“Şakiradan, Cennifer Lopezdən də gözələm”- Könül Kərimova

9 Yanvar 2014 13:58 (UTC+04:00)
Müğənni Könül Kərimova gözəllik sirlərini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, öz zövqü ilə geyinib makiyaj edən sənətçi pəhriz saxlayaraq arıqladığını bildirib.

K.Kərimova "Pərdə" verilişinə açıqlamasında özünü dünya ulduzlarından gözəl hesab etdiyini bildirib:

"Bu gün sənəti yüksək olan çoxlarından gözələm. Bütün gün salonlarda vaxt keçirənlərdən deyiləm. İnsan get-gedə püxtələşir. Mən də sənətdə çox təcrübə topladım. Əvvəl necə gəldi, geyinib gedirdim. İndi bunları özümə qadağan etmişəm. Axtarıb özümə yaraşanı geyinirəm. İstər saç düzümündə, istərsə də makiyajda öz zövqümə inanıram.

Əynimə yaraşan libası tapıram. Bacardığım qədər qüsurları aradan qaldırmağa can atıram. Əsas səs, oxumaq deyil. Özümüzə də fikir verməliyik. Tənqiddən nəticə çıxaran adamam. Pəhrizimə fikir verirəm. Gündə bir dəfə, günorta yeyirəm. Mən Şakira, Beyons, Cennifer Lopezdən də gözələm. Hələ onlar qədər özümə baxsam, lap gözəlləşərəm".

AzNews.az