Ukrayna Avropa İttifaqı ilə danışıqlara hazırlaşır

9 Yanvar 2014 14:29 (UTC+04:00)
"Ukrayna Avropa İttifaqı ilə danışıqlara başlamalıdır".


Bunu baş nazir Nikolay Azarov Nazirlər Kabinetinin iclasında bildirib.

Baş nazir eyni zamanda Ukrayna ilə Rusiya arasında sənaye kooperasiyası haqqında sazişin icrasına başlamağın vacibliyini vurğulayıb.

Hökumətin iclasında baş nazirin müavini Yuri Boykoya tapşırılıb ki, Avropa Birliyi ilə azad ticarət zonasının yaradılmasının Ukrayna iqtisadiyyatına təsirini araşdırmaq tapşırılıb.

Elnur
AzNews.az