Aeroportda partlayış törədildi - Terror

9 Yanvar 2014 15:04 (UTC+04:00)

İraqın paytaxtı Bağdadda hava limanında güclü partlayış törədilib.


AzNews.az-ın "Mehrnews" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu gün 14:46-da Bağdadın Muthanna Hava Limanında partlayış hadisəsi baş verib.

İlkin məlumata əsasən, hadisə nəticəsində 10-a yaxın insan ölüb və 20-dən artıq şəxs isə yaralanıb.

Polisdən bildirilib ki, hadisə avtomobildə quraşdırılmış partlayıcının işə düşməsi zamanı baş verib.

Elnur Soltanoğlu
AzNews.az