Yazıçılar Birliyinin qurultayının vaxtı açıqlandı

9 Yanvar 2014 15:26 (UTC+04:00)

Yazıçılar Birliyinin qurultayına hazırlıqlar gedir.

Bu barədə AzNews.az-a Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, sözügedən qurultay mart ayında baş tutacaq: "Qurultay mart ayında, bayramdan əvvəl, ya da bayramdan sonra keçiriləcək. Qurultaya başqa ölkələrdən qonaqlar da dəvət olunacaq ki, onların adları ancaq tədbirə yaxın açıqlanacaq".

Bahar
AzNews.az