Zəfər Quliyev də Milli Şuradan istefa verdi

9 Yanvar 2014 15:37 (UTC+04:00)
"El" hərəkatı sədrinin müavini Zəfər Quliyev Milli Şuranı tərk etdiyi barədə bəyanat yayıb.

Z.Quliyev öz bəyanatında bildirir: "Uzun sürən düşüncələrdən sonra mən formalaşdırılmasında aktiv iştirak etdiyim təşkilatdan çıxmaq barədə qərar qəbul etmişəm".

Z.Quliyev Milli Şuradan istefa verməsinin səbəblərini geniş açıqlamayaraq, bunu qeyri-sağlam ajiotaj yaratmamaq, müxtəlif yozumlara şərait yaratmamaq niyyəti ilə izah edib. (musavat.com)