Harada tıxac var?

10 Yanvar 2014 08:21 (UTC+04:00)
Bu gün səhər saatlarından paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində problemlər müşahidə olunur.


Həftənin son iş günündə Bakı-Sumqayıt şosesi, Badamdar küçəsi, Rüstəm Rüstəmov küçəsi, Qara Qarayev prospekti, akademik Ziya Bunyadov prospekti, akademik Həsən Əliyev küçəsi, Bül-Bül prospekti, Azadlıq prospektinin bəzi hissələrində tıxac var.

Bakıxanov küçəsi, Xətai küçəsi, Moskva prospekti, Salatın Əsgərova küçəsində nəqliyyat vasitələri sıx hərəkət edir.

AzNews.az