İkimərtəbəli inzibati bina yandı

10 Yanvar 2014 09:06 (UTC+04:00)

Bakı şəhərinin Suraxanı rayonunda inzibati bina yanıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hər mərtəbəsi 180 kv.m olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli inzibatı binanın dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az