Məşhur teleaparıcı da Rəqsanənin mahnısını oxudu- VİDEO

10 Yanvar 2014 09:26 (UTC+04:00)
Teleaparıcı Zaur Baxşəliyev də Rəqsanə İsmayılovanın "İnanımmı?" mahnısını ifa edib.

"AzNews.az" xəbər verir ki, teleaparıcının bu ifası ilə bağlı məlumatı "Ümid var" verilişinin prodüseri Faiq Ələkbərli öz "İnstagram" səhifəsində paylaşıb.

Müğənni Rəqsanə "Super, canlarım, nə yaxşı siz varsınız. Zaur, çox qəşəng ifa etmisən" deyə teleaparıcının ifasına münasibət bildirib.

Qeyd edək ki, Z.Baxşəliyev daha sonra "Baştan yarat" mahnısını ifa edib.



Bahar
AzNews.az