“Bakı-Tibilisi-Qars” dəmir yolunun tikintisi dayandırıldı - SƏBƏB

10 Yanvar 2014 11:55 (UTC+04:00)
Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin tikinti işləri Gürcüstan istiqamətində dayandırılıb.


Bunu AzNews-a Azərbaycan Dəmir Yollrı" Qapalı Səhmdar Cəmiyyəti QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, buna səbəb Gürcüstan ərazisində havaların soyuq keçməsidir və əsas işlərin həyata keçirilməsi mart-aprel ayından nəzərdə tutulub. Konkret mövcud dəmir yolun Mapavri-Axalkalakiyə ilə qədər hissəsində çöl işləri, daxili işlərlə əvəzlənib.

Onun sözlərinə görə, hazırda yalnız Axalkalaki terminalı və Karsaki və digər stansiyalarda inşaat işləri davam etdirilir:

"Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin çəkilişinin əksər hissəsi Azərbaycan hökumətinin vəsaiti hesabına təmin olunur. Xəttin tikinti işləri də "Azərbaycan Dəmiryolservis" MMC tərəfindən aparılır.

Bu istiqamətdə işlər 2 sahədə həyata keçirilir. Birinci mövcud dəmir yolu xəttinin 159 km hissəsinin yenilənməsidir. İkinci istiqamət isə 29 km yolun və Gürcüstan-Türkiyə hissəsində 4,2 km tunelin çəkilməsindən ibarətdir. Artıq bu tunelin çəkilişi Türkiyə hissəsində 200 metr hissəsi həyata keçirilib".

N.Əzməmmədov ümid edib ki, 2014-cü ilin sonuna kimi Bakı-Tibilisi-Qars dəmir yolu xəttində işçi qatarları yola salınacaq.

Amid Əyyuboğlu
AzNews.az