Fahişəliklə məşğul olan 3 qadın saxlanıldı

10 Yanvar 2014 15:09 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadınları fahişəliyə cəlb edən daha 3 nəfər yaxalanıb.

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Masallı rayon sakini Cəvahir Məmmədova və Bakı şəhər sakini Samirə Kazımova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiklərinə görə saxlanılıb, Bakı şəhər sakini Samirə Xalıqbəyovanın qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

AzNews.az