Əhməd Şəfəq azərbaycanlı qızla yeni klip çəkdirdi
10 Yanvar 2014 15:18 (UTC+04:00)
"Azərbaycandan qayıdar-qayıtmaz orada təqdim etdiyim albomdan bir mahnıya-"Vətən gözlüm"ə klip çəkdirdim".
Bunu AzNews.az-a türkiyəli sənətçi Əhməd Şəfəq deyib.
Sənətçi qeyd edib ki, klipin rejissorları Yekta Özbilen və Bayaktan Ezizdir.
Klip gələn həftə "Kral" TV -də yayımlanacaq: "Klipdə oynayan qız var, onun babaları azərbaycanlıdır".
Bahar Rüstəmli
AzNews.az