Leninin heykəlinin başı kəsildi

10 Yanvar 2014 15:55 (UTC+04:00)

Ukraynanın Poltava vilayətində Leninin heykəlinin başı kəsilib.

Şəhər tipli Maşevka qəsəbəsində yerli icra orqanının binasının qarşısındakı heykəlin başını kimlərin kəsdiyi məlum deyil.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, heykəl mədəni və arxitektura abidələrinin reyestrinə daxildir.

Buna görə də Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Elnur
AzNews.az