Fazil Mustafa beynəlxalq konfransda məruzə edib

10 Yanvar 2014 13:31 (UTC+04:00)
Bu gün Türkiyədə Ankara Barosu Uluslararası Hüquq Qurultayı keçirilib.

Böyük Quruluş Partiyasından (BQP) AzNews.az-a verilən məlumata görə, Ankarada keçirilən konfransda BQP başqanı, Milli Məclisin deputatı Fazil Mustafa "İnsan haqları şikayət mexanizmləri" mövzusunda məruzə edərək, bu sahədə olan problemlərin səbəblərini təhlil edib.

Deputat İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət hüququnun praktik çətinlikləri və yerli hüquq sistemində olan vəziyyəti şərh edib.

Bu zaman Avropa Məhkəməsinin "Eynulla Fətullayev Azərbaycana qarşı" qərarı zamanı hökumətlə məhkəmə arasında baş verən fərqli hüquqi yoruma və Laçından olan məcburi köçkünlərin Ermənistana qarşı iddialarına baxılarkən siyasi mülahizələrin hüquq prinsiplərindən önə çıxarılmasına xüsusi diqqət yetirib.

Sonda çoxsaylı suallar ətrafında müxtəlif ölkələrin millət vəkilləri və hüquqşünasları ilə mövzuya aid diskussiya aparılıb.

AzNews.az