İşdən çıxarıldığı deyilən nazirlik rəsmisi danışdı

10 Yanvar 2014 13:44 (UTC+04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin vəzifədən çıxarılması ilə bağlı məlumat yayılıb.


AzNews.az-ın Qaynar.info-ya istinadən verdiyi xəbərə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Sayt bildirib ki, xəbərə görə, mətbuat katibi bu gün səhər saatlarında işdən çıxarılıb.

Mətbu orqanın Anar Qədirli ilə əlaqə saxlamaq cəhdləri də baş tutmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə AzNews.az-a açıqlamasında vəzifədən çıxarılması ilə bağlı xəbərin həqiqətə uyğun olmadığını söyləyib: "Bu cür məlumatlar provokasiyadan başqa bir şey deyil. Bu xəbərin sosial şəbəkələrdə kim tərəfindən yayıldığını araşdırıram".

Amid Əyyuboğlu
AzNews.az