Təkliflər Maliyyə Nazirliyinə göndərilib

16 Avqust 2012 11:01 (UTC+04:00)

2012-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımın ayrılması barədə təkliflər artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə göndərilib. Bu barədə açıqlamanı Aznews.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən veriblər.


Qeyd edək ki, subsidiyaların 60 rayon və 1417 kənd üzrə 398 715 istehsalçıya verilməsi nəzərdə tutulub. 1 418 528 min hektar əkin sahəsi üçün ayrılan vəsaitlərin ümumi həcmi 56 milyon 441 min 139 manat təşkil edir. İstehsalçılara subsidiyalar 40 manatdan veriləcək. Ən çox yardımlar isə taxıl istehsalçılarına veriləcək.


Bu məbləğ 35790929,6 min manat və ya ümumi vəsaitin 63,1 faizini təşkil edir. Qarğıdalı istehsalına 100644,0 manat, pambıq istehsalı üçün 978 597,2 min manat, kartof istehsalına 914 208,0 min manat, tərəvəz istehsalına 1295 308,0 manat, üzüm bağına 382, 147,6 min manat, digər əkmələrə 16379 305,2 min manat subsidiya ayrılıb.


Müşfiq

Aznews.az