Zakir Qaralov qəbul keçirəcək

10 Yanvar 2014 16:42 (UTC+04:00)

Baş prokuror Zakir Qaralov Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qəbul yanvarın 24-də saat 11:00-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında keçirəcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli və contact@prosecutor.gov.az electron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Bahar
AzNews.az