Müdafiə Nazirliyi faktı təsdiq etdi

10 Yanvar 2014 16:43 (UTC+04:00)

Müdafiə Nazirliyi Gorədil Hərbi İstrahət Mərkəzi ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar açıqlama verib.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qurum Müdafiə Nazirliyinin Gorədil İstrahət Mərkəzinin rəhbərliyinin dəyişikliyi və yeni təyinatla bağlı faktı təsdiq edib.
Xatırladaq ki, mediada Müdafiə Nazirliyi Gorədil Hərbi İstirahət Mərkəzinin rəisi polkovnik-leytenant Etibar Qasımov və onun müavini mayor Mobil Yusifovu vəzifədən azad edərək, təqaüdə göndərildiyi haqda məlumat yayılıb.
Məlumatda bildirilir ki, Z.Həsənov Etibar Qasımovun yerinə Daxili Qoşunların ehtiyatda olan polkovnik-leytenantı Ayatxan Hüseynovu təyin edib. Etibar Qasımovun vəzifədən azad edilməsinə səbəb isə Hərbi İstirahət Mərkəzində aparılan yoxlamalar nəticəsində üzə çıxan ciddi qanun pozuntularıdır.
O da bildirilir ki, vaxtilə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi vəzifəsində çalışan Etibar Qasımov keçmiş nazir Səfər Əbiyevin kadrı hesab olunur. Xatırladaq ki, Zakir Həsənov Müdafiə naziri təyin olunandan öncə Daxili Qoşunların komandanı vəzifəsini daşıyıb.

Amid Əyyuboğlu
AzNews.az