General - mayor türmədə öldürüldü

10 Yanvar 2014 19:05 (UTC+04:00)
AzNews.az xarici mətbuata istinadən bildirir ki, 1969 - cu il antimonarxiya inqilabının qəhrəmanı, Muammar Qəddafinin yaxın silahdaşı general - mayor Hadi Tahir İmbiriş ağır işgəncələrə dözməyərək Zintan şəhərindəki türmədə ölüb.

General 2011 - ci ildə NATO qoşunlarının Liviyaya müdaxiləsi zamanı tutulub və onun hüquq müdafiəçisi Fatimə Əbu an - Hiranın sözlərinə görə "heç bir məhkəmənin hökmü olmadan və heç bir ittiham irəli sürülmədən" həbs edilib.
Onun yaxınları türmədə ona qarşı qəddar hərəkətlər edilməsi və generalın dəhşətli şəraitdə saxlanması barədə dəfələrlə məlumat yayıblar.
"Sonuncu dəfə sorğu - sual zamanı İmbirişi ölənə qədər döyüblər. Onun meyidi üzərindəki çoxlu zərbə izləri və gematomalar(qançırlar) bunu sübut edir", - deyə Fatimə xanım bildirib.

Əli
AzNews.az