Həmyerlimiz briliyanta 4 milyon təklif edib

10 Yanvar 2014 19:19 (UTC+04:00)
Dünyanın ən bahalı modellərindən biri hesab edilən Miranda Kerr Türkiyəyə gedib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Miranda Antaliyada keçirilən moda şousunda milyonlarla dəyəri olan zinət əşyasını sərgiləyib. "Roberto Bravo" markasına məxsus dəstin 3 milyon dollar dəyəri var.

Artıq dünya şöhrətli ulduzun nümayiş etdirdiyi dəstə müştəri də tapılıb. Türkiyə mətbuatı bunun azərbaycanlı iş adamı olduğunu yazır. Lakin onun adı açıqlanmır. İlkin məlumata görə, iş adamı zinət əşyası üçün 4 milyon dollar təklif edib.
Şirkət rəsmiləri də bu xəbəri təsdiqləyiblər.

"Miranda Kerrin podiumda taxdığı dəsti bəyənən bir azərbaycanlı iş adamı onu almaq istədiyini dedi. Lakin bunun xüsusi dizayn olduğunu deyərək satılmadığı bildirdik. O, isə zinət əşyasını çox bəyəndiyini deyərək 4 milyon dollar təklif etdi".

Dəstin üzərində 2014 ədəd xüsusi kəsimdə olan briliyant var.


AzNews.az