İntihara cəhd edən şəxs xilas edilib - FOTO - YENİLƏNİB
10 Yanvar 2014 21:34 (UTC+04:00)
Bakının Xətai rayonunda, Xocalı prospektində inşa edilməkdə olan 16 mərtəbəli binadan özünü atmaq istəyən şəxs xilas edilib.
APA-nın xəbərinə görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşları intihar etmək istəyən paytaxt sakini 36 yaşlı İbrahimli Röyal Hümbət oğlunu xilas edib.
XRXX-nin həkim-psixoloqları həmin şəxslə söhbət apararaq onu bu hərəkətindən döndərməyə nail olublar. Uğurlu keçən əməliyyatın sonunda İbrahimli Röyal Hümbət oğlu hüquq-mühafizə orqanlarına təhvil verilib.
Onun nişanlı olduğu və özünü atmaq istəməsinin də məhz ailə münaqişəsi zəminində baş verən hadisədən qaynaqlandığı deyilir.
***
21:04
Bakının Xətai rayonunda bir nəfər intihara cəhd edib.
APA-nın məlumata görə, 36 yaşlı Royal adlı şəxs Xocalı prospektində tikilməkdə olan 16 mərtəbəli binanın damınadan özünü atacağını bildirib.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polis hadisə yerindədirlər.
Özünü binadan atmaq istəyən şəxslə danışıqlar aparır, intihara cəhdin səbəbləri araşdırılır.
AzNews.az