ATƏT-dən çağırış: “Quantanamo“ həbsxanası bağlansın“

11 Yanvar 2014 08:24 (UTC+04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Yanes Lenarçiç ABŞ hakimiyyətini Kubadakı Quantanamo həbsxanasını bağlamağa çağırıb. Bu barədə Trend ATƏT-in rəsmi saytına istinadən məlumat verir.

Y.Lenarçiç qeyd edib ki, ABŞ hakimiyyətinin bu obyekti bağlayacağına dair bir neçə dəfə söz verməsinə baxmayaraq, həbsxana hələ də fəaliyyət göstərir: "Birləşmiş Ştatlar terrorizmlə mübarizədə əsaslı insan hüquqlarını, o cümlədən ədalətli məhkəmə hüququnu təmin etmək və əsassız həbslərin qadağan edilməsi barədə öhdəlik götürüb".

O, əlavə edib ki, Quantanamoda saxlanılanlar ya zaminliyə verilməklə azad olunmalı, ya da beynəlxalq standartlara uyğun olaraq məhkəmə qarşısına çıxarılmalıdırlar.

AzNews,az