“Berkut” döyüşçüləri keçmiş naziri döyüb

11 Yanvar 2014 08:36 (UTC+04:00)

Ukraynanın keçmiş müdafiə naziri Yuri Luçenko "Berkut" döyüşçüləri tərəfindən döyülüb.


Müxalifətdə olan hərəkatın lideri olan keçmiş nazir kəllə-beyin zədəsi ilə xəstəxanaya yerləşdirilib.

Liderin xanımı İrina Luçenkonun sözlərinə görə, keçmiş nazir mitinqçilərlə və "Berkut" döyüşçülərinin arasında dayanıb. Bundan sonra "Berkut" döyüşçüləri keçmiş naziri hüşünü itirənə qədər döyüb.

Polis isə müxalifət liderinin döyülməsi ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını bildirir.

Elnur
AzNews.az