Cəbhədə gərginlik davam edir

11 Yanvar 2014 08:46 (UTC+04:00)
Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi intensiv olaraq atəşə tutublar. Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az