12475 hüquq-pozma faktı aşkarlanıb

11 Yanvar 2014 14:00 (UTC+04:00)
Gömrük orqanları tərəfindən 2013-cü ildə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 12475 hüquq pozma faktı aşkar edilib.

Dövlət Gömrük Komitəsindən AzNews-a verilən xəbərə görə, bu faktlardan 347-si cinayət xarakterli faktlar olmuş və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 3 min 978 manatdan çox təşkil olunub. Bu əməllərin törədilməsində şübhəli bilinən 389 nəfərin (306 Azər¬baycan vətəndaşı, 83 xarici) barəsində müvafiq tədbirlər görülüb.

Bununla bərabər "Valyuta tənzimi haqqında" qanuna və digər qanunvericilik aktlarına əsasən valyuta nəzarəti orqanı olan gömrük orqanları rezident və qeyri-rezidentlər tərəfindən valyuta və valyuta sərvət¬lərinin Azərbaycanın gömrük sərhədindən keçirilməsi üzə¬rində valyuta nəzarətini həyata keçirərkən valyuta qanunvericiliyinin tələb-lərini pozan şəxslərdə aşkarlanıb.

Belə ki, 343380 ABŞ dollar, 59035 avro 9 kq 115 qram qızıl, 4946 manat dəyərində 27 ədəd qızıl əşya, 77 kq gümüş, 22920 manat dəyə¬rində 2191 ədəd gümüş əşya, 14238 manat dəyərində 86 karat qiymətli daşlar aşkar olunub.

Amid
AzNews.az