Rza Zerrabla bağlı daha bir ilginc fakt: Dubaya fahişə tədarükü

11 Yanvar 2014 11:14 (UTC+04:00)
Türkiyədə rüşvət qalmaqalına görə həbs olunan və 3 nazirin də istefasına səbəb olan azərbaycanlı iş adamı Rza Zərrabla bağlı ilginc məqamlar ortaya çıxıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Zərrabın Dubaydakı işlərini qaydaya salmaq üçün verdiyi rüşvətlə bağlı telefon danışıqları polisə məlum olub.

Həmin danışıqlara əsasən aydın olub ki, R.Zərrab Dubaydan gələn polis müdirlərini fahişələrlə təmin edib.

Dubayda bank yaratmaq istəyən iş adamı bu işdə ona kömək edəcək yüksək rütbəli şəxslərlə və polis müdirləri ilə İstanbulda görüşüb. Dubaydan gələn şəxslərin adları da polis tərəfindən müəyyən olunub. Onlar hətta Türkiyəyə gəldikləri zaman sərhəddi keçərkən görüntülənib.

Hava limanında R.Zərrab tərəfindən qarşılanan bu şəxslərin səfəri ərəfəsində Abdullah Happani, Rüçhan Bayar ve Yücel Özçil arasında telefon danışığı qeydə alınıb. Telefon danışıqlarında R.Zərrabla yanaşı, atasının da Dubaydan gələn qonaqlarla görüşəcəyi bildirilib.

2 günlük səfər zamanı yüksək səviyyədə qarşılanan dubaylı polis müdirləri toplantıdan sonra R.Zərrabın adamlarının gətirdiyi 15 fahişə ilə birlikdə əyləncə təşkil edib. Hətta polis müdirləri onları otelin barında gözləyən qadınlar arasından bəyəndiklərini seçib.

Telefon danışıqları arasında R.Zərrabın qadınların gətirilib- gətirilməməsi, qadınlar arasında hətta nişanlanmış birinin olduğu, amma 1500 dollar müqabilində otelə gəlməyə razılaşdığına dair danışıqlar var.

R.Zərrab isə bu barədə telefonla danışdığı şəxsə sözügedən qadına 1500 dollar yox, hətta 2 min dollar verilməsini təklif edib: "2 min ver, təki onu xoşbəxt etsin. Amma danış ki, gəldiyi zaman ancaq mənə xidmət edəcək".

Hətta R.Zərrabın yaxın adamlarının qadınların otelə gətirilməsi üçün əlaqə saxladıqları şəxslərlə də telefon danışıqları var. Həmin danışıqlarda Türkiyəyə Dubaydan gələn şəxslərdən birinin şahzadədən sonra ikinci adam olduğu da bildirilib.

Elnur
AzNews.az