Müdafiə Nazirliyi AzNews.az-ın xəbərini təsdiqlədi

11 Yanvar 2014 11:19 (UTC+04:00)




Müdafiə Nazirliyi Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusundakı kadr dəyişikliyi ilə bağlı xəbəri təsdiqləyib.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, polkovnik-leytenant Elçin Mehdiyevin Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun Maliyyə - Uçot İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, AzNews.az-ın məlumatına görə, müdafiə naziri Zakir Həsənovun əmri ilə vəzifəsindən azad edilən Büdcəyə Nəzarət və Maliyyə İdarəsinin rəisi polkovnik-leytenent Elçin Mehdiyevə yeni vəzifə verilib və o Naxçıvanda 5-ci Ordu Korpusunun əsasında yaradılan Əlahiddə Ümumqoşun Ordusunun Maliyyə - Uçot İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Xatıradaq ki, polkovnik-leytenant Elçin Mehdiyev ötən il oktyabrın sonunda tutduğu vəzifədən azad edilərək cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilmişdi.

Amid
AzNews.az