Zakir Həsənov səyyar toplantı keçirdi

11 Yanvar 2014 11:23 (UTC+04:00)
Yanvarın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib.


Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, toplantıda komandir və rəis heyətinin görülən işlər barədə məruzələri dinlənilib, qoşunların döyüş hazırlığı üzrə tapşırıqları dəqiqləşdirilib, 2014-cü ildə döyüş hazırlığının təşkili və qoşunların hərtərəfli təminatı ilə bağlı tapşırıqlar verilib.

Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib.

Toplantı Azərbaycan prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə keçirilib.

Amid
AzNews.az