Balakəndə partlayış: yaralı var

11 Yanvar 2014 11:59 (UTC+04:00)
Balakən şəhər sakininin evində təbii qazın sızmasından partlayış baş verib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da saat 23 radələrində Balakən şəhər sakini Rəfiqə Dibirovanın evində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə evin pəncərə və qapı çərçivələri dağılıb, xəsarət almış R.Dibirova və qonağı, Bakı şəhər sakini Məhəmməd Əliyev xəstəxanaya yerləşdiriliblər.

AzNews.az