“Neftçi“nin baş məşqçisi rəsmən təyin olundu

11 Yanvar 2014 12:18 (UTC+04:00)
Bu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş klubdaxili toplantıda son müzakirələrdən sonra məşqçilər korpusunun tərkibinin formalaşdırılması barədə qərar qəbul edilib.

"Neftçi" PFK-nın mətbuat xidmətindən bildiriblər ki, qərara görə, baş məşqçi Böyükağa Hacıyev, baş məqşçinin köməkçisi, fiziki hazırlıq üzrə məşqçi - Ruben Selyes Salvador (İspaniya), baş məşqçinin köməkçisi - Samir Əliyev, qapıçılar üzrə məşqçi - Neboyşa Manoyloviç (Serbiya), seleksiyaçı məşqçi - Bəxtiyar Musayev, əvəzedici komandanın baş məşqçisinin köməkçisi - Kamal Quliyev təyin edilib.

AzNews.az