Qadınları fahişəliyə cəlb edən Tovuz sakini saxlanıldı

11 Yanvar 2014 13:00 (UTC+04:00)
Tovuz rayon sakininin Bakının Nərimanov rayonu ərazisindəki mənzildə əxlaqsızlıq yuvası saxlaması və qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini Arifə Sadıqovanın Nərimanov rayonu A.Heydərov küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası saxlaması və qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Faktla əlaqədar araşdırma aparılır.

AzNews.az