MAR prezidenti Beninə qaçdı

11 Yanvar 2014 18:25 (UTC+04:00)
Dünən, 10 dekabrda MAR - ın qondarma prezidenti istefa verib.

AzNews.az Reyter agentliyinə istinadən xəbər verir ki, Mərkəzi Afrika Respublikasının istefa verən prezidenti Mişel Cotodiya bu gün Benin respublikasına miqrasiya edib.
MAR - ın müsəlman azlığının nümayəndəsi Cotodiya, MAR hökuməti və siyasi müxalifət nümayəndələri arasında barış barədə razılıq müqaviləsi bağlanmasına baxmayaraq keçən ilin martında özünü prezident elan edib. O zaman əsasən müsəlmanlardan ibarət olan "Seleka" qruplaşmasının döyüşçüləri tərəfindən paytaxt Banqa zəbt edilib. Devrilmiş MAR rəhbəri Fransua Bozize ölkədən qaçmaq məcburiyyətində qalıb.
Dekabr ayının əvvəllərində "Seleka" döyüşçüləri ilə müxalif üsyançı - xristianlar arasında toqquşma olub. BMT - nin məlumatına görə qarşıdurma nəticəsində 600 - ə yaxın adam ölüb və 159 minə yaxın insan ev - eşiklərindən didərgin düşüb.

Əli
AzNews.az