Deputat həmkarına təpik atdı - VİDEO

11 Yanvar 2014 21:39 (UTC+04:00)
Türkiyədə Məclis Ədalət Komissiyasında XSYK danışıqlarında iştirak edən Hakimlər Komitəsi rəhbəri Ömər Faruq Eminağaoğlunu bəzi AKP millət vəkilləri döyərək çölə çıxarıblar.
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məclis Ədalət Komissiyasında danışıqların ikinci günü də dava ilə yekunlaşıb. Məclis Ədalət Komissiyası rəhbəri Əhməd İyimaya yığıncağda çıxış edərkən Eminağaoğlu kürsüyə yaxınlaşaraq etiraz etməyə başlayıb. AKP millət vəkilləri Eminağaoğlunu kürsüdən uzaqlaşdırmağa çalışması CHP-li millət vəkilləri ilə əlbəyaxa davaya səbəb olub. AKP partiyasından Zeyid Aslan yerindən qalxaraq Eminağaoğluya təpik atıb. Həmin görüntüləri təqdim edirik.



AzNews.az