100 silahlı edam edilib

13 Yanvar 2014 08:28 (UTC+04:00)

Suriyada özünü "İraq İslam dövlətinin" döyüşçüləri adlandıran silahlılar 100 nəfəri edam edib.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, edam edilənlər Suriyanın şimalındakı Raqqa bölgəsində "Əl- Nüsrə Cəbhəsi" və "Əhrar-əş-Şam" cəbhəsindən olan silahlılar olub.

Qeyd edək ki, son zamanlar Suriyada üsyançılarla radikal islamçılar arasında baş verən qarşıdurmada 700 nəfər həlak olub. Onlardan 351 nəfəri üsyançılar, 246 nəfəri radikal islamçılar, 100 nəfər isə dinc sakinlər olub.

Elnarə
AzNews.az