Gülər Əhmədova hələ də BDU-nun müəllimidir- Fotofakt

13 Yanvar 2014 10:02 (UTC+04:00)
BDU-nun həbsdə olan müəllimləri eks-deputat Gülər Əhmədova və Məhəmməd İmanlı adı çəkilən ali təhsil müəssəsindən azad edilməyiblərmiş.

Avropa.info-nun araşdırması nəticəsində bəlli olub ki, BDU-nun rəsmi saytında hələ də bu iki şəxs Universitetin müəllimləri kimi təqdim olunurlar.

Qeyd edək ki, ötən ilin iki yadda qalan həbs qalmaqalı Bakı Dövlət Universitetində çalışan müəllimlər ətrafında oldu. Sözügedən ali təhsil ocağının professoru Məhəmməd İmanlı yaşadığı evdə külli miqdarda pul alarkən yaxalandı. BDU ilə bağlı ikinci həbs isə sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı oldu.

Xatırladaq ki, hazırda həbsdə olan G. Əhmədova da bu tədris müəssəsində müəllim işləyirdi. Hər iki həbs ölkədə böyük sensassiyaya səbəb oldu. Ancaq maraqlıdır ki, BDU-nun rəsmi saytında bu iki şəxs hələ də universitetin müəllimləri kimi göstərilir. Aşağıdakı linkdə olan məlumatlarla tanış olanda bu qənaətə gəlinir ki, həm Gülər Əhmədova, həm də Məhəmməd İmanlı BDU-dan xaric edilməyib. Yəqin ki, BDU rəhbərliyi məsələyə aydınlıq gətirər.

Bu faktı sübut edən linkə aşağıda baxa bilərsiniz:

http://law.bsu.edu.az/az/content/mhmmd_na_olu_manl__412


http://socialogy.bsu.edu.az/az/content/hmdova_glr_mkayil_qz