Qidadan zəhərlənmələrin sayı artıb

13 Yanvar 2014 10:32 (UTC+04:00)
Azərbaycanda 2012-ci illə müqayisədə ötən il baş verən qida zəhərlənmələrinin və ondan zərər çəkənlərin sayı artıb.


Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ötən il Azərbaycanda 1278 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 1525 nəfər qidadan zəhərlənib.

Həmin hadisələrin 31-i botulizm olub. Botulizm hadisələrindən 42 nəfər zərər çəkib. Ötən il qida zəhərlənmələri nəticəsində 4 nəfər dünyasını dəyilib. Onların 2-si botulizm (turşu), 2-si isə qeyri-mənşəli qida qəbulu (göbələk) nəticəsində zəhərlənib. Ötən il qidadan (göbələk) zəhərlənən bir qadının vəziyyəti hələ də ağır olaraq qalır.

2012-ci ildə isə Azərbaycanda 1193 qida zəhərlənməsi baş verib. Bu hadisələr nəticəsində 1466 nəfər qidadan zəhərlənib. Zəhərlənmə hadisələrinin 26-sı botulizm olub. Bu hadisələrdən 40 nəfər zərər çəkib. 2012-ci ildə qida zəhərlənməsi nəticəsində 3 nəfər dünyasını dəyişib.

AzNews.az