Nəqliyyat müfəttişləri sürücünü döydü - Video

13 Yanvar 2014 11:43 (UTC+04:00)
Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında mübahisə yaranıb.


Sərinişin kimi maşına əyləşib sonradan müfəttiş olduqlarini elan edən 4 nəfərin sürücünü döydükləri iddia olunur. Anspress-in məlumatına görə, Kürdəmir rayon sakini 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlu paytaxtda taksi fəaliyyəti ilə məşğul olduğunu və 4 nəfərin hücumuna məruz qaldığını deyir.

Sürücü mülki geyimdə olan bu şəxslər müştəri kimi maşına əyləşdiklərini bildirir. Qapılar bağlanan kimi "müştərilər" əvvəlcə sənəd daha sonra isə lisenziyasız taksi fəaliyyəti göstərməsi üçün pul tələb ediblər.

Sənədlərinin ələ keçməməsi üçün Nəsir avtomobilini məcburən səkiyə dırmaşdırsa da bir fayda verməyib. Həmin əxslər avtomobilin sənədi götürərək avtomobillə ərazidən uzaqlaşıblar. Məsələ ilə bağlı hələlik Nəqliyyat Nazirliyi heç bir açıqlama verməyib.



AzNews.az