Mingəçevirdə zəncirvari qəza: 5 yaralı - FOTO

13 Yanvar 2014 13:18 (UTC+04:00)
Mingəçevir şəhərində zəncirvari avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün 13:00 radələrində Mingəçevir şəhərinin Sağ sahil qəsəbəsindəki Təbriz küçəsində qeydə alınıb.
Sürücülərin diqqətsizliyi və yüksək sürət səbəbindən 44-BJ-355 dövlət nömrə nişanlı "VAZ 2106", 10-FR-628 dövlət nömrə nişanlı "VAZ 2106", 25-BG-185 dövlət nömrə nişanlı "VAZ 21010" markalı avtomobil, 10-UT-231 dövlət nömrə nişanlı "Opel" və 90-VK-593 dövlət nömrə nişanlı "Chevrolet" markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hal-hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisənin hansı sürücünün səhvi səbəbindən baş verdiyi araşdırılır.

AzNews.az