Meydandakı din xadimləri məhkəmə ilə hədələnir

13 Yanvar 2014 13:39 (UTC+04:00)
Ukraynanın Mədəniyyət Nazirliyi yunan-katolik kilsəsinin nümayəndələrini müxalifətin toplaşdığı meydanda onlara dəstək verdiyinə görə məhkəmə ilə hədələyib.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Mədəniyyət nazirinin müavini T.Koxanın imzası ilə göndərilən məktubda kilsə təmsilçiləri Meydanda qanunsuz dini fəaliyyətlə məşğul olmaqda ittiham olunub.

Ancaq din xadimləri onlara qarşı yönələn bu ittihamla razılaşmır. Meydandakı din xadimlərinin sözlərinə görə, onlar təhlükə hiss etdikləri üçün dua edirlər və bunu heç kəs onlara qadağan edə bilməz: "Biz harda dua etməliyik? Təhlükə hiss etdiyimiz yerdə dua edirik. Dua etmək üçün hakimiyyətin xüsusi icazəsi tələb edilmir".

Elnarə
AzNews.az