Ordumuzun əsgəri intihar etdi

13 Yanvar 2014 15:10 (UTC+04:00)
Azərbaycan Ordusunun əsgəri intihar edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1995-ci il təvəllüdlü Rüstəm Firudin oğlu Quliyev tabeliyindəki silahla özünü vuraraq intihar edib.

Baş vermiş hadisə ilə bağlı Hərbi Prokurorluq cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, mərhum 2013-cü ilin aprel ayında Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

AzNews.az