3 ailənin yaşadığı ev yanıb - FOTO

13 Yanvar 2014 18:27 (UTC+04:00)
Göyçay şəhərində bir-birinə bitişik 3 fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Nizami küçəsindəki 238 saylı mənzildə qeydə alınıb. Üç ailəyə məxsus fin tipli və ümumi sahəsi 306 kvadratmetr olan mənzillərdə baş verən yanğının söndürülməsi üçün əraziyə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı 1970-ci il təvəllüdlü Davudov Vüqar Məsim oğluna və 1953-cü il təvəllüdlü İsgəndərova Ruhəngiz İlyas qızına məxsus evlərin ümumi sahəsi 90 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanıb, həmin iki mənzilin qalan hissəsi və ona bitişik, 1965-ci il təvəllüdlü Rüstəmova Zəhra Əsgər qızına məxsus, ümumi sahəsi 90 kvadratmetr olan ev yanğından xilas edilib.

Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.


AzNews.az