“Xəzər Lənkəran“ xorvat qapıçı ilə müqavilə imzaladı

13 Yanvar 2014 19:11 (UTC+04:00)
"Xəzər Lənkəran" futbol klubu xorvat qapıçı Vyekoslav Tomiçi heyətinə cəlb edib.

Trend klubun saytına istinadən məlumat verir ki, 30 yaşlı V.Tomiç ölkəsinin RNK "Split", "Medimurye" və "Hayduk Split" klublarında çıxış etdikdən sonra ilk dəfə Türkiyədə legioner həyatını yaşayıb. Türkiyə Superliqasının təmsilçisi "Karabükspor"un heyətində üç mövsüm ərzində 80-ə yaxın oyunda çərçivəni qoruyan qolkiperin son klubu Moldova "Şerif"i olub.
Qapıçı ilə "Xəzər Lənkəran" arasında bir il müddətinə müqavilə imzalanıb.


AzNews.az