Maşın 20 metr hündürlükdən suya düşdü - 6 ölü

13 Yanvar 2014 21:01 (UTC+04:00)

Leninqrad vilayətində 20 metrlikdən suya düşən mikroavtobusun içindəki 6 nəfərin cəsədi tapılaraq çıxarılıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Malonevski körpüsü rayonunda səhər saat yerli vaxtla 7 - də baş verib. Mikroavtobusun salonunda qadın sürücü və 5 sərnişin olub. Onların hamısı həlak olub.

Xilasedicilər hadisə yerinə təsadüfi şahidin xəbərindən sonra gəliblər. Məlum olub ki, bütün ölənlər Leninqrad vilayətinin Kirov rayonunun sakinləridir. Qadınlar qonşu Estoniyaya ekskursiyaya gedirmişlər.

Cəsədlərə baxan ekspertlərin rəyinə görə maşında olanlar güclü zərbədən maşın hələ soyuq suya düşməmiş keçiniblər.

İlkin rəyə görə sürücü döngənin sərtliyini qiymətləndirə bilməyib, tam sürətlə körpünün məhəccərinə çırpılıb. Havanın əlverişli olmaması da öz rolunu oynayıb, belə ki, Peterburqda səhər tezdəndən qar yağmağa başlayıb.

Əli
AzNews.az