Deputat: “Babək Zəncani İranı axmaq yerinə qoyub”

14 Yanvar 2014 08:20 (UTC+04:00)
Azərbaycanlı iş adamı Rza Zərrabın "rəisim" dediyi və hazırda Tehranın "Evin" həbsxanasında saxlanılan Babək Zəncani iddia edildiyi qədər də varlı deyil.

İran parlamentinin deputatı İzətulalh Yusifian bildirib ki, B.Zəncaninin sərvəti onun borclarını ödəməyə kifayət etməyəcək.

AzNews.az xəbər verir ki, deputat B.Zəncaninin dövlətə olan borcunu ödəməsi üçün külli miqdarda vəsait lazım olduğunu vurğulayıb: "Araşdırmalar göstərir ki, bu adam İranı axmaq yerinə qoyub".

Deputat bildirib ki, Zəncani qanunsuz olaraq 100 milyonlarla dollar qazanc əldə edib: "Hazırda onun İranda 30-dan artıq şirkəti fəaliyyət göstərir. Ancaq o, bu şirkətləri satıb pula çevirsə də borcunu ödəməyə yetməz. Onun həbsdən buraxılması üçün bir yol var ki, bu da dövlətə borcunu ödəməkdir.

Elnarə
AzNews.az