Bakı metrosundan əhalinin 38 faizi istifadə edir - SORĞU

14 Yanvar 2014 10:45 (UTC+04:00)
Metropolitenin rəsmi saytı vasitəsilə sərnişinlər arasında keçirilən sorğuya yekun vurulub.

Metropolitendən AzNews.az-a verilən məlumata görə, rəsmi sayt vasitəsilə aparılan sorğuda ümumən 20 976 nəfər iştirak edib. Onların cəmi 304 nəfəri və ya 1,45 faizi metrodan istifadə etmədiyini bildirib. Qalan respondentlər isə bu və ya digər dərəcədə metro istifadəçisidir.

Saytdan daimi məlumatlar əldə edənlərin 38,18 faizi və ya 8 009 nəfəri metropolitendən gündəlik nəqliyyat vasitəsi kimi istifadə edir. Ay ərzində bir neçə dəfə metrodan istifadə edənlərin də sayı təxminən gündəlik istifadəçilərə yaxındır – 7 952 nəfər və ya 37,9 faiz.

Səsvermədə iştirak etmiş sərnişinlərin 3 558 nəfəri isə həftə ərzində bir neçə dəfə metro vasitəsilə şəhərdə hərəkət edir. Nadir hallarda metropolitendən istifadə edənlərin sayı isə azdır. Onlar 1153 nəfər və ya sorğuda iştirak edənlərin 5,5 faizini təşkil edirlər.

Amid
AzNews.az