Daha bir piyada keçidi istifadəyə veriləcək

14 Yanvar 2014 11:08 (UTC+04:00)
Bakıda Babək prospekti ilə Telnov küçəsinin (keçmiş Xocalı küçəsi) kəsişməsində yeraltı piyada keçidinin tikintisi artıq yeni mərhələyə qədəm qoyub.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, uzun sürən tədqiqat işlərindən sonra piyada keçidinin tikiləcəyi ərazidən mühəndis-kommunikasiya qurğuları artıq köçülürüb:

"Piyada keçidinin uzunluğu 88, eni 8 metr, hündürlüyü 3,23 metr olacaq. Keçidin 22 metr hissəsində istinad divarı və örtük hissəsi tikilib. Hazırda 24 metr məsafədə istinad divarının armaturlarlanması işi gedir.

Yaxın 3-4 gün ərzində həmin mesafədə beton tökmə işlərinə başlanacaq. Hava əlverişli keçərsə, bu ayın sonunadək işlərin 50 fazini yerinə yetirmək mümkün olacaq. Piyada keçidinin bu il istifadəyə verilməsi planlaşdırılır".

AzNews.az