“Vüqar Həşimovun vəfatı çox böyük itkidir“

14 Yanvar 2014 11:54 (UTC+04:00)
"Dünya şahmatına çox böyük itki üz verib. Dünyanın tanınmış şahmatçılarından biri Vüqar Həşimov vaxtsız vəfat edib".

Bunu jurnalistlərə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

İ.İsmayılov bildirib: "Mən də onun vəfatı ilə bağlı dərin hüznlə ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm".

Nazir müavini deyib ki, bu gün Azərbaycan şahmatının inkişafında, tanınmasında Vüqar Həşimovun əvəzedilməz rolu olub. Bu baxımdan onun vəfatı Azərbaycan şahmatının inkişafı üçün çox böyük itkidir: "Gələcəkdə Vüqarın xatirəsinə Azərbaycanda beynəlxalq yarışlar təşkil ediləcək.

Vüqarın yarışlarda iştirakı ilə bağlı Gənclər və İdman Nazirliyinə müraciəti zamanı şərait yaradılıb və onun beynəlxalq yarışlarda iştirakı ilə əlaqədar heç vaxt problem yaranmayıb. Bu yarışların hər birində Vüqar ölkəmizi layiqincə təmsil edib. Onun müalicə alması üçün də dövlət tərəfindən böyük dəstək göstərilib".

AzNews.az