Vahid Mustafayev bölgə müxbirlərini işdən qovdu - ÖZƏL

14 Yanvar 2014 12:25 (UTC+04:00)
ANS TV bölgələrdəki müxbir və operatorlarını işdən azad edib.

AzNews.az-a daxil olan məlumata görə, ANS TV-nin Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə muxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun muxbiri Rəhman Məlikov və 13 ildən çox bu tv-də çalışan opertaor İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Hüseynov və operator Fərid Əliyev işdən çıxarılıb.

Qeyd edək ki, işdən çıxarılan əməkdaşlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. ANS-in bölgə əməkdaşlarına bu barədə məlumat onlar işdən çıxarıldıqları gün verilib.

Amid
AzNews.az