“Hicab bağlayandan qazancım artıb” – Xuraman Şuşalı

14 Yanvar 2014 12:53 (UTC+04:00)
Müğənni Xuraman Şuşalı hicab bağlamasını birmənalı qarşılayanlara cavab verib.

Axşam.az-ın məlumatına görə, ifaçı ANS telekanalında yayımlanan "Günəbaxan" verilişinə açıqlamasında hicabın ona mane olmadığını deyib:

"Hamı mənə qəribə baxır. Elə bilirlər ki, hicab bağlamışam deyə hər şeydən uzağam. Mən tərki dünya olmamışam. Ailəm, gəzintim, əyləncəm, geyimim öz yerindədir. Hicab bağlamaq həyata kor olmaq demək deyil. Əksinə hər şeyi daha gözəl görməyə başlayırsan. İşlərim lap yaxşı getməyə başlayıb, qazancım artıb".

AzNews.az