“Ayrıca bir DAK yaratmaq istəyirlər“- Sabir Rüstəmxanlı

14 Yanvar 2014 14:00 (UTC+04:00)
"Dünya Azərbaycanlıları Konqresinin gördüyü işlər hər gün müşahidə oluna bilməz. DAK-ın işi davamlı, il boyu gedən sakit proseslərdən ibarətdir".


Bunu Modern.az saytına DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı qurumun fəaliyyətini şərh edərkən deyib. Onun sözlərinə görə, DAK-ın gündəlik işini mətbuatda görmək olmur. S. Rüstəmxanlı qeyd edib ki, DAK tez-tez müxtəlif tədbirlər həyata keçirir: "Bizim fəaliyyətin nəticəsidir ki, Güney Azərbaycanın mühacirətdə parlamentinin təşkil olunması istiqamətində hazırlıq işləri gedir. Bu il DAK-ın qurultayı keçiriləcək".

Konqres rəsmisi DAK-ın digər qanadı ilə bağlı da növbəti açıqlama verib. O söyləyib ki, DAK-ın başqa qolu ilə təşkilatın birləşməsi üçün hər hansı danışıq aparılmır:

"DAK böyük bir təşkilatdır. Qurultaylarda kiminsə gözləntiləri həyata keçmədiyindən, fikir ayrılığından inciyib gedənlər olur. DAK-ın fəaliyyətindən narazı qalanlar ayrıca bir DAK yaratmaq istəyir. Amma ortada bir DAK var, o da öz fəaliyyətini davam etdirir".

AzNews.az